Vitse-prezident 14 ay sonra Kabilə qayıtdı - Partlayışla qarşılandı+ Fotolar

vitse-prezident-14-ay-sonra-kabile-qayitdi
Oxunma sayı: 4097

Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanının yaxınlığında güclü partlayış baş verib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, intiharçı-terrorçunun üzərindəki bombanı partlatması nəticəsində azı 11 nəfərin həlak olduğu bildirilir.

Qeyd olunur ki, terakt 14 ay sonra Türkiyədən Əfqanıstana qayıtmış birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra yaxınlıqda partlayış baş verib. O, xəsarət almayıb.

***

“Tass” agentliyi xəbər verir ki, terror aktı nəticəsində 16 nəfər ölüb, 50 nəfər xəsarət alıb.