Vitse-prezident rüşvətə görə həbs edilib

Vitse-prezident rüşvətə görə həbs edilib
Oxunma sayı: 1805

Ekvador məhkəməsi vitse-prezident Xorxe Qlasın həbsində order verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Comercio” nəşri məlumat yayıb.

Məlumata görə, hakim Miqel Xurado prokurorluğun təqdim etdiyi yeni sübutlar əsasında qərar qəbul edib. Qlasla bərarbər əmisi Rikardo Riverin də həbsinə order verilib.

Vitse-prezident Qlas tikinti şirkəti olan Odebrecht-dən rüşvət götürməkdə ittiham olunur.

Qeyd edək ki, avqustun əvvəlində Ekvador prezidenti Lenin Morena vitse-prezident Qlası bütün səlahiyyətlərindən məhrum edən əmr imzalayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi