Belə ki, Bakesin əsas köməkçisi olan həmyerlisi olan Erik Raketta işini davam etdirəcək. O, Nadirovun Rakettanın digər məşqçi Emin Quliyevlə birgə komandanı hazırlayacağını bildirib:
“Bildiyiniz kimi, qarşıdakı 1 həftədə 3 vacib oyunumuz var. Bunlar Azərbaycan kubokunun 1/4 final mərhələsində “Rəvan”la matçlar və çempionatın təsnifat mərhələsinin son turunda “Sumqayıt”la matçdır. Həmin oyunlarda komandanı Raketta ilə Quliyevin yer aldığı məşqçilər korpusumuz hazırlayacaq. Bundan sonra isə millinin oyunları ilə əlaqədar çempionatımızda uzun müddətli fasilə olacaq. Həmin vaxt yeni baş məşqçi məsələsi ilə bağlı qərar verəcəyik. İstəyirik ki, bu vəzifəyə gətirəcəyimiz mütəxəssis indidən gələn mövsümün hazırlıqlarına başlayaraq, komanda qursun”.
Qeyd edək ki, lənkəranlıların bundan əvvəlki baş məşqçisi Yunis Hüseynov istefa verərkən də Raketta-Quliyevi bir müddət komandanı oyunlara hazırladı.