Vitse– spiker kişilərə təcavüzdə ittiham olunur

vitse-spiker-kisilere-tecavuzde-ittiham-olunur
Oxunma sayı: 636

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 20 – 29 yaşlı gənclər 2010-cu ildə mavi olduğunu etiraf edən 55 yaşlı Evansı polisə şikayət ediblər. Polisin araşdırmalarına görə, vitse-spikerin gəncləri zorlaması və cinsi təcavüzü 2009-cu ilin martından cari ilə qədər davam edib. Bu barədə “The Sun” qəzeti yazır.

Vitse-spiker girov müqabilində azadlığa buraxılıb. O, iyunun 19-da polis məntəqəsinə qayıtmalıdır. Parlamenin spikeri Con Berkouya artıq hadisə haqqında məlumat verilib.

Evans Mühafizəkarlar Partiyasının üzvü və baş nazir Devid Kemeronun ən böyük tərəfdarlarından biridir.

Ehtimal ki, vitse-spiker araşdırmaların davam etdiyi müddətdə öz postunu tərk etməlidir. Siyasətçi etiraf edib ki, siyasi rəqibləri onu homoseksual olduğuna görə dəfələrlə şantaj ediblər.