Vladimir Putin dediyini etdi

vladimir-putin-dediyini-etdi
Oxunma sayı: 668

Müvafiq qərar Mərkəzi Seçki Komissiyasının bu günkü iclasında qəbul edilib. Qeydiyyat barədə şəhadətnamə Vladimir Putinin səlahiyyətli nümayəndəsinə təqdim edilib. Putin hazırki seçki kampaniyası çərçivəsində qeydə alınmış ilk namizəd olub.

Xatırladaq ki, Rusiyanın baş nazirinin 2012-ci il prezident seçkilərində namizədliyi noyabrın 27-də hakim «Vahid Rusiya» partiyasının qurultayında irəli sürülmüş, Putin sənədlərini isə dekabrın 7-də Mərkəzi Seçki Komissiyasına təqdim etmişdi. Rusiyada növbəti prezident seçkiləri martın 4-nə təyin edilib.

Dövlət başçısı postuna Vladimir Putindən başqa, Kommunist partiyasının lideri Qennadiy Zyüqanov, Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski, «Yabloko» partiyasının siyasi şurasının üzvü Qriqoriy Yavlinskiy və iş adamı Mixail Proxorov öz namizədliklərini irəli sürüblər.