Voleybolçu qızlardan növbəti qələbə

voleybolcu-qizlardan-novbeti-qelebe
Oxunma sayı: 642

“Qafqazinfo”nun İdman.com.az –a istinadən verdiyi məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan matçda Azərbaycan millisi Finlandiya yığmasını qəbul edib.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda qızlarımız qalib gəliblər - 3:0 (25:23, 25:19, 25:20). Digər görüşdə eyni hesabla Belarus seçməsi Avstriya voleybolçularını üstələyib.
Millimiz növbəti oyununu bu gün Avstriya yığmasına qarşı keçirəcək.

1.Azərbaycan – 12 xal (12:0), 2.Belarus – 9 (9:4), 3.Finlandiya – 0 (4-9), 4.Avstriya – 0 (0:12)