“Volvo” son 5 ilin avtomobillərini geri çağırır - Yanğın təhlükəsi

volvo-son-5-ilin-avtomobillerini-geri-cagirir
Oxunma sayı: 1046

“Volvo Cars” 500 minədək avtomobili geri çağırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, geri çağrılan maşınlar 2014-2019 istehsalı olan nəqliyyat vasitələridir.

“Volvo”nun bu addımı atmasına səbəb avtomobillərin V40, V60, V70, S80, XC60 və XC90 modellərində quraşdırılmış dörd silindrli dizel mühərrik bölməsində yanğın baş verməsi təhlükəsinin olmasıdır.