“Vosmoy” bazarı məsələsi məhkəmə gündəmində

vosmoy-bazari-meselesi-mehkeme-gundeminde
Oxunma sayı: 633

Bu gün ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

"Vosmoy" bazarı epizodu üzrə bazarın təsisçisi olduğu "Maral Veqa" şirkətinə dair sənədlər elan edilib və onun ətrafında müzakirələr aparılıb. Proses günün ikinci yarısında davam etdiriləcək.

Murad Əhməd