“Vremya”nın məşhur rejissoru dünyasını dəyişdi

vremyanin-meshur-rejissoru-dunyasini-deyisdi
Oxunma sayı: 940

Rusiyanın Birinci kanalında yayımlanan “Vremya” proqramının rejissoru Vladimir Proletov dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, rejissor 62 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. 

Qeyd edək ki, Vladimir Proletov 30 ildir “Vremya”nın rejissorudur.