VTB (Azərbaycan) korporativ müştərilərə yeni kredit şərtləri təklif edir

vtb-azerbaycan-korporativ-musterilere-yeni-kredit-sertleri-teklif-edir
Oxunma sayı: 1107


Müştəri-şirkətin istənilən əməkdaşı iş yerindən arayışa və şəxsiyyəti təsdiq edən sənədlərə əsasən illik faiz dərəcəsi 22 %-dən başlayaraq nağd kreditlər əldə edə bilər.

Kreditin minimal məbləği 300 manat, kreditin müddəti - 6 aydan 36 ayadək.

Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsinin rəisi Tural Vəliyev: “Korporativ kanalın əməkdaşları ilə aparılan iş VTB (Azərbaycan) ASC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Belə ki, müvafiq müştərilər daha sabit və etibarlıdır, həmçinin defolt riski bu halda daha azdır. Bank müvafiq müştərilərə kredit verərkən əlverişli qiymət şərtləri, minimal komissiya təklif edir, habelə müştəri krediti alarkən mövcud olan digər xərclərdən azaddır. Müştərilərimiz tanınmış dövlət, istehsalat, telekommunikasiya, avtomobil, lizinq və treyder şirkətlərinin, həmçinin tibb müəssisələrinin əməkdaşlarıdır”.