VTB (Azərbaycan) ödəniş kartlarının pulsuz rəsmiləşdirilməsinə dair aksiya keçirir

vtb-azerbaycan-odenis-kartlarinin-pulsuz-resmilesdirilmesine-dair-aksiya-kecirir
Oxunma sayı: 978



Beləliklə, Bank VTB (Azərbaycan) ASC-nin plastik kartına sahib olmaq istəyən hər kəs şəxsiyyəti təsdiq edən sənədlər əsasında “VISA Classic” səviyyəli ödəniş kartını pulsuz əldə edə bilər, həmçinin “VISA Gold” kartını cəmi 5 manata ala bilər.

“Sizin VTB kartınız” aksiyası cari ilin avqustun 1-dək davam edəcək.

Bank VTB (Azərbaycan) ASC-nin Ödəniş kartları İdarəsinin rəisi Ulyana Əlixanova: “Turist səfərləri, internetdə alış-veriş, kommunal ödənişlərin həyata keçirilməsi üçün ödəniş kartının mövcudluğu müasir insan üçün vacibdir. Bizim bank nağdsız ödənişlərin stimullaşdırılması üzrə dövlət siyasətini dəstəkləyir və müştərilər üçün xidmətin yaxşılaşdırılmasına çalışır. Bütün ticarət və xidmət mərkəzləri ödəniş terminalları ilə təchiz olunduğundan istehlakçılar ödəniş kartlarının rahatlığını dəyərləndirmişlər və “Sizin VTB kartınız” aksiyası uğur qazanacaqdır”.