VTB Bank kredit portfelinin həcmini artırdı

vtb-bank-kredit-portfelinin-hecmini-artirdi
Oxunma sayı: 882


"Qafqazinfo" xəbər verir ki, Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta biznesin kreditləşməsinə dair portfelinin həcmi 2014-cü il iyulun 1-nə 73,1 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü üzrə olan göstəricidən üç dəfə artıqdır.

VTB (Azərbaycan) cari ilin birinci yarısında ölkənin kiçik və orta biznes nümayəndələrinə 29,3 mln. manat kredit verib. Ötən ilin ikinci rübünün sonunda biznesin kreditləşməsinin həcmi 12,7 mln manat olub.

Bank VTB (Azərbaycan) ASC-nin Kiçik və orta biznes İdarəsinin rəisi Bəhruz Camalov: “Bazarın inkişaf tendensiyasını nəzərə alaraq biz kiçik və orta biznesin inkişafında fəal iştirak edirik. Belə ki, cari ilin sonuna biznes kreditləşmə üzrə portfelin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyik. Qeyd edək ki, 2012-ci ildə biz bu bazara iki milyonluq kredit portfeli ilə daxil olmuşduq və SME-kreditləşmə bazarının kifayət qədər rəqabət qabiliyyətli olmasına baxmayaraq əhəmiyyətli nəticələr əldə etmişik”.

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.