VTB nağd kreditlər üzrə faizləri endirdi

vtb-nagd-kreditler-uzre-faizleri-endirdi-
Oxunma sayı: 1102


Aksiya çərçivəsində illik faiz dərəcəsi 2 bənd aşağı salınmışdır. Beləliklə, hər kəs iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədə əsasən illik faiz dərəcəsi  - 26 % olmaqla nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.     

Xatırladaq ki, Bank (VTB) Azərbaycan ASC-nin 11 000 manatadək olan nağd kreditlərin verilməsində  müştərilərin sığortalanmasını ləğv etmişdir. Belə ki, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.