Vulkana dırmaşmaq istəyən amerikalı diplomat ölüb

vulkana-dirmasmaq-isteyen-amerikali-diplomat-olub
Oxunma sayı: 1259

ABŞ-ın Meksikadakı diplomatik missiyasının əməkdaşlarından biri Orisaba vulkanına yürüş zamanı ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xilasetmə əməliyyatına vertolyotlar cəlb edilsə də, Mülki Müdafiə Xidmətinin əməkdaşları yürüşə çıxan iki amerikalıdan ancaq birini xilas edə biliblər. 

Səfirlik məlumatı təsdiqləsə də, ölənin vəzifəsi və adını açıqlamaqdan imtina edib. 

Qeyd edək ki, Orisaba Meksikanın ən yüksək zirvəsi hesab edilir.