Vulkana görə 60 mindən çox insan evakuasiya edilib

vulkana-gore-60-minden-cox-insan-evakuasiya-edilib
Oxunma sayı: 661

Altmış mindən çox filippinli Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl 40 min insanın evakuasiya edildiyi açıqlanmışdı.

Qeyd edilir ki, ötən gecə lava 3000-5000 metr yüksəkliyə kimi püskürmüşdü. Bu səbəbdən 17 şəhərdə məktəblər bağlı elan edilib. 50-dən çox daxili və beynəlxalq reyslər ləğv edilib.