Vüqar Ağamirzədən incidi

vuqar-agamirzeden-incidi
Oxunma sayı: 3748

Meyxanaçı Vüqar Əbdülov ilə həmkarı Ağamirzədən inciyib. “Qafqazinfo” xəbər verir ki, ötən gün Ağamirzə “Maşın”a qonaq qismində qatılıb. 

Meyxana ustadı həmkarı Vüqar Əbdülov ilə Vüsalə Əlizadə duelinə münasibət bildirmək istəməyib.  O, bütün iştirakçıların dostu olduğunu, hamısına dəstək üçün proqrama gəldiyini bildirib. 

Vüqar daha sonra canlı efirdə Ağamirzədən incidiyini deyib:

“Amma burda olsaydın mən sənin üçün səs istəyərdim. Sənin mənə göndərə biləcəyin 5 səs də önəmlidir”.

Meyxana ustadı isə hamının xətrini çox istədiyini bildirib.