Vüqar Həşimovun vəfatı xaricdə yaşayan azərbaycanlıları da sarsıdıb

vuqar-hesimovun-vefati-xaricde-yasayan-azerbaycanlilari-da-sarsidib
Oxunma sayı: 1205


"Qafqazinfo" xəbər verir ki, azərbaycanlı şahmatçının uzun sürən xəstəlikdən sonra yanvar ayının 11-də Haydelberq xəstəxanasında vəfatı ilə bağlı xəbər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən bu ölkədə fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarına çatdırılıb. Azərbaycan diasporunun nümayəndələri mərhumun ailəsi ilə telefon əlaqəsi yaradaraq, başsağlığı veriblər. Almaniyada yaşayan azərbaycanlılar yanvarın 13-dən 14-nə keçən gecə Vüqar Həşimovun cənazəsinin Azərbaycana yola salınması mərasimində də iştirak ediblər.