Vüqar Həşimovun vəfatından 5 il ötür

Vüqar Həşimovun vəfatından 5 il ötür
Oxunma sayı: 665

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun vəfatından 5 il ötür.

“Qafqazinfo”nun məlumatına görə, Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

1995, 1996, 1998-ci illərdə Azərbaycan çempionu olub. 2002-ci ildə qrossmeyster ünvanı alıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb.

V.Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib. 14 yanvarda III Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, 2014-cü ildən etibarən hər il Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir.

2016-cı ildə Bakıda onun adını daşıyan Şahmat Akademiyası fəaliyyətə başlayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi