Vurduğu qadın ağır yaralandı, avtomobili üçün gözyaşı tökdü

Vurduğu qadın ağır yaralandı, avtomobili üçün gözyaşı tökdü
Oxunma sayı: 7208

Türkiyənin Ağsaray şəhərində 23 yaşlı Mənşurə Nur Yıldırım adlı qadın idarə etdiyi avtomobillə yoldan keçən piyadanı vurub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, ağır yaralanan 45 yaşlı Ayşə Atəş xəstəxanaya yerləşdirilib.

Polislər qəzadan sonra gözyaşları içində qalan sürücünün xəsarət aldığını düşünərək ona yaxınlaşıblar. Qadın isə “avtomobilimi gör nə hala qoydu?” deyə ağlayaraq sitəm edib. O, görüntünü çəkən media nümayəndələrinə də sərt reaksiya göstərib.

Hazırda faktla bağlı araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi