Vüsal Şilderin ölümü ilə bağlı daha bir həbs

vusal-silderin-olumu-ile-bagli-daha-bir-hebs
Oxunma sayı: 5884


Bakıda qətlə yetirilən alman vətəndaşı Vüsal Şilderin ölümü ilə bağlı daha bir nəfər həbs edilib.

“Qafqazinfo” daxili işlər nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 21-I polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Vüsal Şilderi bıçaqla qətlə yetirən qrupun digər üzvü - Abşeron rayon sakini Seymur Talıbov Şabran rayonunun ərazisində  tutulub.

Qeyd edək ki, mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisindən Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.