Vüsalə medal qazandı

vusale-medal-qazandi
Oxunma sayı: 645

Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalına start verilib. 

“Qafqazinfo” xəbər verir ki, yarışda Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Qızların mübarizəsində 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova yalnız finalda uduzaraq gümüş medal qazanıb. 

Fransa və Rusiya cüdoçularına qalib gələn Vüsalə həlledici qarşılaşmada Belçika nümayəndəsi Jente Verstraytenlə görüşüb. Gərgin mübarizədən Belçika cüdoçusu qalib ayrıllb. Yeniyetmə cüdoçularımızın Olimpiya festivalında mübarizəsi davam edir.