Vüsalə özünü yandırdı - Video

vusale-ozunu-yandirdi-video
Oxunma sayı: 641

Məlumata görə, qadını üç oğlu olub. Həmin məktəbdə onun İslam və Kənan adlı iki uşağı təhsil alırmış. Azərbaycanlı qadın məktəbə 4 yaşlı oğlu Vüsalla gəlib.

Qadının əlində içi benzinlə dolu bidon olub. Məktəbdən azca aralı qəfil benzini üstünə tökərək od vurub. Hadisənin şahidlərini dediyinə görə, qadını xilas etmək bəlkə də mümkün olarmış. Amma alov o qədər güclü olub ki, yaxınlaşmağa heç kim cürət etməyib. Qadın aldığı ağır yanıq xəsarətindən dünyasını dəyişib.

Məktəbin yerləşdiyi Timiryazevski rayon Polis İdarəsindən isə Lent.az-a bildirdilər ki, faktla bağlı hadisənin şahidləri dindirilir, araşdırma aparılır.

“Həmin qadının özünün yandırmasının məktəbə heç bir aidiyyatı yoxdur. Onun uşaqları bizim məktəbdə oxuyur. Yəni bu intiharın məktəblə heç bir əlaqəsi ola bilməz. Amma danışırlar ki, onun həyat yoldaşı ilə münasibətləri gərgin olub. Onu hər gün döyürmüş. Elə məktəbə gələndə də sifətində göyərti olub. Bir sözlə bu məsələnin bizim məktəbə heç bir aidiyyatı yoxdur”.

Bu sözləri Lent.az-ın müxbiri ilə söhbətində Moskvadakı 1213 saylı məktəbin direktoru Siliverstova Anna Yevgeniyevna bildirib. Anna Yevgeniyevnanın dediyinə görə, hazırda istintaq gedir və onun əlavə nəsə danışmağa ixtiyarı yoxdur.