Vüsalə şoudan ağlayaraq getdi - “...Gərək canıma qəsd edim”

vusale-soudan-aglayaraq-getdi
Oxunma sayı: 6150

Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Vüsalə Əlizadənin “Maşın” realiti şousundan gedib.

“Qafqazinfo” məlumat  verir ki, realiti şounun ötən günkü buraxılışında Vüsalənin “Maşın”dan getməsi təsdiqlənib. 

Əvvəlcə teleaparının ailəsindən sujet təqdim olunub. Vüsalənin anası Lütfiyyə Əlizadə qızının səhhətindən narahat olduğunu söyləyib və göz yaşlarını saxlaya bilməyib:

 “Qızım iradəlidir. O şouya gedəndə razı olmadım, səhhəti ilə bağlı narahat idim. Amma mənə söz verdi ki, səhhətində problem olsa qayıdacaq. Birinci canı sağlam olsun, balasının yanına gəlsin”. 

Daha sonra TV ulduzunun qızı Dilək anası üçün çox darıxdığını deyib və ona hədiyyə göndərib:

“İstəyirəm ki, anam burda olsun. Efirdə anam danışanda onu öpürəm. Bunu verərsiz anama, o mənim ürəyimdir”. 

Sujet yayımlanan zaman Əlizadə ağlamağa başlayıb və layihənin aparıcısı Murad Dadaşov Diləyin hədiyyəsini ona təqdim edib.  Dadaşov Vüsalənin mübarizəyə son qoyduğunu elan edib. 

Bundan sonra canlı efirdə aparıcının maşından əlini çəkməsini əks etdirən görüntülər yayımlanıb.  Əlizadə “Dayana bilmirəm, gərək canıma qəsd edim.  Artıq tab gətirə bilmirəm. Xatun, getmək istəyirəm. Halım yoxdur. Sizə uğurlar, mən çıxdım” deyərək müsabiqədən gedib. 

Qeyd edək ki, maşın uğrunda Xatun Əliyeva və Talıb Tale mübarizə aparır.