Vyanada “Dünya mətbuatının həftəliyi” günləri keçirilir

vyanada-dunya-metbuatinin-hefteliyi-gunleri-kecirilir
Oxunma sayı: 647

Tədbir zamanı Dünya Mətbuatının 63-cü Konqresi və dünya redaktorlarının 18-ci forumu da keçiriləcək. Azərbaycanı tədbirdə “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev təmsil edir. Dünən Vyananın “Reed Messe Wien”Mərkəzində“Dünya mətbuatının yeni texnologiyaları” sərgisinin açılışı olub. Sərgidə 5 min kompaniya iştirak edib. Bu barədə məlumat verən Eynulla Fətullayev bildirib ki, Ermənistan istisna olmaqla dünyanın bütün tanınmış media nümayəndələri tədbirə dəvətlidir.

Eyni zamanda, gün ərzində nümayəndəliyin əsas hissəsini Vyananın meri Michael Häupl qəbul edib. 50 redaktorun iştirak etdiyi görüşdə Eynulla Fətullayev də olub. Sabah konqresin açılış mərasimi olacaq və Avstriyanın prezidenti Heinz Fischer tədbirə qatılacaq.

Qeyd edək ki, media həftəliyində dünyanın 103 ölkəsindən 2 mindən çox jurnalist dəvətlidir.