Vyanada İranın nüvə proqramı ilə bağlı görüş

vyanada-iranin-nuve-proqrami-ile-bagli-gorus-
Oxunma sayı: 634


“Qafqazinfo”nun AzərTac-a istinadən məlumatına görə, qapalı keçirilən görüşdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran K.Eşton deyib ki, görüşdə danışıqlar prosesinin irəliyə aparılması məsələsi diqqət mərkəzində olub.

M.C.Zərif danışıqlar zamanı meydana çıxan ziddiyyətli məqamların aradan qaldırılması yollarının müzakirə edildiyini diqqətə çatdırıb. İranlı nazir deyib ki, ziddiyyətlərin aradan qalxması üçün zamana ehtiyac var və buna görə də danışıqları davam etdirmək lazımdır.

Xatırladaq ki, rəsmi Vaşinqton İranın nüvə proqramı ilə əlaqədar aparılan danışıqların noyabrın 24-dək başa çatdırılmasını istəyir.