Vyetnam prezidentinin ölüm səbəbi açıqlanıb

vyetnam-prezidentinin-olum-sebebi-aciqlanib
Oxunma sayı: 2737

Bu gün səhər vəfat edən Vyetnam prezidenti Çan Dey Kuanqın ölüm səbəbi açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin xüsusi tibb idarəsinin rəhbəri Nquen Kuok prezidentin müalicəsi olmayan virusdan əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə,  2017-ci ildə bu virusa yoluxan Kuanq müalicə üçün 6 dəfə Yaponiyaya gedib: “Prezidenti Yaponiyada tibbi ekspertlər, həkimlər 1 ilə yaxın müalicə ediblər. Lakin dərmanı olmayan bu xəstəliyi sağaltmaq yox, sadəcə yavaşlatmaq mümkündür”. 

Xatırladaq ki, 61 yaşlı Çan Dey Kuanq müalicə olunduğu hərbi hospitalda dünyasını dəyişib.

Aysel Kərimova