Vyetnamı yeni seçkilərə qədər o, idarə edəcək

vyetnami-yeni-seckilere-qeder-o-idare-edecek
Oxunma sayı: 2479

Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thin prezident Çan Dey Kuanqın vəfatından sonra ölkəni idarə etməyə başlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə qərarı Vyetnam Milli Asssambleyası verib.

58 yaşlı Thin ölkəyə yeni prezident seçilənədək rəhbərlik edəcək.

Xatırladaq ki, Vyetnam prezidenti Çan Dey Kuanq müalicəsi olmayan virusdan əziyyət çəkirdi. 61 yaşlı prezident sentyabrın 21-də müalicə olunduğu hərbi hospitalda vəfat edib