“WeChat” da 1 milyardı ötdü

“WeChat” da 1 milyardı ötdü
Oxunma sayı: 1020

“WeChat” messencerinin auditoriyası qlobal miqyasda 1 milyard istifadəçini ötüb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “WeChat” hazırda Çində ən populyar messencerdir.

Servis vasitəsilə yazışmalar aparmaqla yanaşı, adi telefonlara zəng etmək, yemək və taksi sifariş etmək, icarəyə avtomobil götürmək və bank xidmətlərindən yararlanmaq mümkündür.

Servisə böyük maraq qismən Çində “WhatsApp”, “Line” və “Facebook Messenger” kimi rəqib layihələrin bloklanması ilə əlaqədardır.

Şirkətin 2017-ci ilin sentyabrında verdiyi məlumata görə, “WeChat” messencerinin auditoriyasının illik artımı 15,8 faiz təşkil edir. Servisdən gündəlik 902 milyona yaxın insan təxminən 38 milyard məlumat göndərir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi