Western Caspian-da Startap Günləri keçiriləcək

western-caspian-da-startap-gunleri-kecirilecek
Oxunma sayı: 644

Fevralın 23-24-də Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı Startap Günləri keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Startap Günləri çərçivəsində Universitetin yeni başlayan startapçıları üçün beynəlxalq ekspertin iştirakı ilə Təlimlər keçiriləcək.

Startap Günlərinin keçirilməsində məqsəd tələbələr tərəfindən yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Universitetdə təşkil olunacaq Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Startup Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
Startap Günlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.