Western Union 160-illik yubileyini qeyd edir

western-union-160-illik-yubileyini-qeyd-edir
Oxunma sayı: 647

“Qafqazinfo”ya verilən məlumata görə, hazırda Western Union dünyanın 200-dən yuxarı ölkəsində 455 000-dən çox xidmət məntəqələrini birləşdirir. Şirkət 2010-cu ildə hər gün orta hesabla 1,7 mln pul köçürməsi yaxud saniyədə 19 transaksiya əməliyyatını həyata keçirib.

Western Union şirkətinin qlobal xidmət məntəqələri şəbəkəsi kartlara öncədən pul köçürmə, hesabların ödənilməsi, ölkə daxilində hesabdan hesaba pul köçürmələri kimi müxtəlif və perspektivli maliyyə xidmətləri təklif edir. Şirkət transsərhəd mobil pul köçürmələri bazarında da aparıcı mövqeləri əldə saxlayır və müştərilərin artan tələblərinə uyğun olaraq inkişaf edir.

Western Union şirkəti 1851-ci ildə Nyu-York ştatının Roçester şəhərində teleqraf biznes kimi təsis olunub. Pul köçürmələri xidməti müştərilərə ilk dəfə 1871 ildə təqdim olunub. Şirkət inkişaf etməkdə davam edib və nəticədə, pul köçürmələri sahəsində dünya liderinə çevrilib.

Nigar Məmmədli