Western Union lotereyanın nəticələrini elan edib

Western Union lotereyanın nəticələrini elan edib
Oxunma sayı: 195

İlk lotereya oyunu iyunun 15-də baş tutub və beş nəfər hər biri 1000 manat məbləğində pul uduşlarına sahib olub. İkinci lotereya iyulun 27-də keçiriləcək. Bu zaman daha beş qalib müəyyən olacaq.

Qeyd edək ki, aksiyada iştirak edən tərəfdaş bankların bölmələri vasitəsilə Azərbaycanda pul köçürmələri edən, yaxud pul alan hər bir Western Union müştərisinə üstündə möhür üçün yer olan iki ədəd kupon verilir. İkinci kupona isə hər dəfə pul köçürərkən yaxud pul alarkən möhür vurulacaq. Kuponun üstündəki iki möhürə görə fotoçərçivə, beş möhür üçünsə pul kissəsi (portmone) almaq olar. Hədiyyə qazanmaq şansını artırmaq üçün müştərilər Western Union şirkətinin xidmətlərindən istifadə edəcək dostunu yaxud tanışını gətirə bilərlər. Bu yolla hətta transaksiya etmədən belə kuponuna əlavə möhür vurdurmaq olar.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi