Western Union Van üçün “Komissiyasız köçürmə” aksiyası keçirir

western-union-van-ucun-komissiyasiz-kocurme-aksiyasi-kecirir
Oxunma sayı: 637

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, Türkiyənin Van şəhərinə komissiyasız pul köçürmələrini xidmət məntəqəsi, müvafiq valyuta və xidmətin işlək vəziyyətdə olması şərti ilə, oktyabrın 27-dən noyabrın 25-nə kimi həyata keçirmək mümkündür. Qohum və yaxud dostlarına kömək etmək arzusunda olan müştərilər aksiyada iştirak edən Western Union məntəqələri, telefon və www.westernunion.com saytı vasitəsi ilə pul köçürə bilərlər.

Eyni zamanda, Western Union Fondu “Türkiyənin Qırmızı Aypara” təşkilatına təbii fəlakətlə mübarizə məqsədi ilə 50 000 ABŞ dollar məbləğində yardım edib. Bununla belə, Western Union Fondu şirkətin Türkiyə Qırmızı Aypara təşkilatına pul köçürməsi edən hər bir əməkdaşının ianələrini artırmağa hazırdır. Şirkətin ABŞ-dan olan əməkdaşlarının ianələri 2 dəfə, digər ölkələrdən olan əməkdaşların ianələri isə - 3 dəfə artırılacaq. Beləliklə, hər bir işçinin pul köçürməsi Fondun vasitəsi ilə 100 000 ABŞ dollarına kimi artırıla bilər.

Western Union Fondu Türkiyəyə zəlzələnin fəsadları ilə mübarizədə yardım etmək istəyən fiziki və hüquqi şəxslər üçün xüsusi hesab açıb. Bu aktivləşdirilmiş hesab vasitəsi ilə müştərilər dünya üzrə Western Union Quick PaySM, Quick Collect® və yaxud Western Union® Köçürmələri (mavi rəng şəklində) xidmət məntəqələrindən komissiyasız pul köçürə bilərlər. Bu zaman ödəməni alan WESTERN UNION FOUNDATION kimi, şəhərin kodu - WUFOUNDATION, hesab nömrəsi isə - TURKEY (Türkiyə Qırmızı Ayparası - Turkish Red Crescent) kimi göstəriləcək. Western Union Türkiyə Qızıl Ayparasına 5 000 ABŞ dollarına kimi məbləği komissiyasız göndərməyə imkan verir.

Nigar Məmmədli