“WhatsApp” bu telefonlarda işləməyəcək

whatsapp-bu-telefonlarda-islemeyecek
Oxunma sayı: 3305

“WhatsApp” messenceri 1 yanvar 2018-ci ildən etibarən “Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də “BlackBerry OS” və “BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər berir ki, messencer “Nokia S40” smartfon modelini, 2020-ci ilədək isə “Android 2.3.7” sistemli (həmçinin sonrakı versiyalar) smartfonları dəstəkləməyəcək.

Dəstəklənmədən imtinanın tədricən həyata keçiriləcəyinin gözlənilməsinə baxmayaraq son nəticədə qurğu istifadəçiləri bir sıra funksiyalardan məhrum olacaq.

Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb.