“WhatsApp” vaxtı uzatdı

whatsapp-vaxti-uzatdi
Oxunma sayı: 678

Daha öncə verilən açıqlamada “WhatsApp” proqramının bəzi əməliyyat sistemləri və telefonlarda fəaliyyətini dayandıracağı bildirilmiş və 30 iyun 2017-ci il son tarix olaraq göstərilmişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar “BlackBerry OS”, “BlackBerry 10”, “Nokia S40” və “Nokia Symbian S60”a aid idi.

Lakin, şirkət qərarını dəyişərək bu vaxtı uzadıb, Belə ki, “BlackBerry OS” və “BlackBerry 10” üçün vaxt bu ilin 31 dekabrına qədər uzadılıb.

“Nokia S40” istifadəçiləri isə 2018-ci ilin 31 dekabrına qədər bu proqramdan istifadə edə biləcəklər.

Bundan başqa, “Whatsapp” “Windows Phone 8.0” və daha köhnə cihazlarda 31 dekabr 2017, “Android”in 2.3.7 seriyası və daha əvvəlki versiyalarıda isə 1 fevral 2020-ci ilə qədər çalışacaq.