“WhatsApp” və “Instagram” oğurluqda ittiham edilir - Məhkəməyə verildilər

“WhatsApp” və “Instagram” oğurluqda ittiham edilir
Oxunma sayı: 954

Kanadanın “BlackBerry” şirkəti “WhatsApp” və “Instagram”ı məhkəməyə verib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, şirkət bu iki sosial platformanın “BlackBerry” messencerindəki xüsusiyyətləri oğurladığını iddia edir.

Məsələ ilə bağlı hər iki sosial şəbəkənin daxil olduğu “Facebook” şirkətindən hələlik açıqlama verilməyib.

Qeyd edək ki, bir müddət öncə "”WhatsApp”ın “BlackBerry” telefonlarındakı fəaliyyəti dayandırılıb. Hazırda iki şirkət arasında “virtual müharibə” davam edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi