“WhatsApp” yeni emojilər yaratdı - Fotolar

whatsapp-yeni-emojiler-yaratdi
Oxunma sayı: 3630

“Android” üçün “WhatsApp”ın beta versiyasına yeni smayliklər siyahısı əlavə olunub.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, “WhatsApp” tərtibatçıları “Apple” şirkətinin emojiləri əsasında öz emojilərini yaradıblar.

Daha əvvəllər WhatsApp, “Apple” emojilərinə sahib iOS emulyatorundan istifadə edirdi. Sözügedən yeni emojilər hələki “WhatsApp”ın Android versiyası üçün beta versiyasında aktivdir. Daha sonra onlar digər platformalarda da aktiv olacaqlar.