“WhatsApp”a animasiyalı stikerlər əlavə ediləcək

whatsappa-animasiyali-stikerler-elave-edilecek
Oxunma sayı: 1269

“WhatsApp” tərtibatçıları animasiya sayəsində stikerlərin cari funksionalını yaxşılaşdırmağa hazırlaşırlar.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, sözügedən funksiya tezliklə “Android”, “iOS” və veb versiya üçün son yeniləmələrdə əlçatan olacaq.

Animasiyalı elementlər stikerlər dəstinə daxil ediləcək.

Stikerlər göndərildikdən sonra GIF formatlı fayllardan fərqli olaraq həmişə animasiya formasında olacaqlar.