“WhatsApp”da qrup zənglərində yenilik

whatsappda-qrup-zenglerinde-yenilik
Oxunma sayı: 2040

“Facebook” şirkətinə məxsus olan “WhatsApp” ani mesajlaşma xidmətinin yeni beta-versiyasında istifadəçilərə qrup zənglərinə öz kontakt siyahılarından 3 nəfər əlavə etməyə imkan veriləcək.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, beləliklə, qrup zənglərində eyni anda sözügedən messencerin 5 istifadəçisi iştirak edə biləcək.

İstifadəçi qrup zənginə öz kontakt siyahısından daha 3 nəfəri əlavə etmək üçün ekranın sağ yuxarı küncündə yerləşən ikonkanın üzərinə sıxmalıdır.

Sözügedən funksiya tezliklə geniş istifadəçi kütləsinə əlçatan olacaq.