“WhatsApp”ın auditoriyası 600 milyona çatıb

whatsappin-auditoriyasi-600-milyona-catib
Oxunma sayı: 764


“Qafqazinfo” "ICTnews" saytına istinadən bildirir ki, "WhatsApp" internet üzərindən mətn mesajları və şəkilləri ötürməyə imkan verir. İstifadəçi yalnız operatorun tarifi üzrə trafik üçün ödəniş edir. "WeChat", "Viber" və "Tango" kimi tətbiqlər sözügedən xidmətin rəqibləridirlər.

Yazda bildirilmişdi ki, "Whatsapp" istifadəçiləri gündəlik təxminən 64 milyard mesaj göndərirlər ki, onun da 44 milyardı göndərilən, 20 milyardı qəbul olunan mesajlardır.

Xatırladaq ki, "Facebook" şirkəti "WhatsApp"ı 19 milyard dollara satın alıb.