“Wi-Fi”ın “ana”sını tanıyırdınız? - Fotolar

“Wi-Fi”ın “ana”sını tanıyırdınız?
Oxunma sayı: 3904

XXI əsrdə həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş "Wi-Fi"ın əslində avstraliyalı bir aktrisa tərəfindən icad edildiyini bilirsiniz? Özü də həmin aktrisa dünya tarixində filmdə çılpaq çəkilmiş ilk qadındır. 

Bəli, söhbət bir zamanlar dünyanın ən gözəl qadını titulunu almış Hedi Lamarrdan gedir.

“Qafqazinfo” ecazkar ixtiraçı Hedi Lamarın həyatından bir neçə maraqlı nüansı təqdim edir.

1914-2000-ci illərdə yaşamış Hadi gənc yaşlarında Amerikaya köçür. Bir çox məşhur filmlərdə  baş rol ifaçısı olan Hadinin silahlara və silahdan danışmağa böyük marağı var idi. Bunun da əsas səbəbi 20 yaşında Adolf Hitlerin dostu, silah ticarəti ilə məşğul olan Friedrix Mandlla evliliyi olub. Odur ki, aktrisa əri ilə birlikdə tez-tez tədbirlərdə iştirak edir, görüşlərdəki söhbətlər uşaqlıqdan riyaziyyata marağı böyük olan Hedinin xoşuna gəlirdi.

Hedi kimi əri də yəhudi əsilli olsa da, nasist iş adamları ilə işləyirdi. Evlərində verdikləri partilərə hətta faşizm liderləri Hitler və Mussolini də qatılırdı.

Bir müddət sonra Mandl Hediyə filmlərdə oynamağı qadağan edir və aktrisa zamanının çoxunu mühəndislərlə keçirməyə, silah texnologiyalarını öyrənməyə başlayır.  

Ancaq aktrisa tezliklə ərinin despotluğuna, almanlarla olan yaxınlığına görə dərin depressiyaya düşür və gözlənilməz qərar alır. Belə ki, 1937-ci ildə ərinə yuxu dərmanı içirən aktrisa bütün zinət əşyalarını götürərək xidmətçi libasında evdən qaçır.

Ərindən ayrılan Hadi uşaqlıq xəyalı olan Hollivuda köçür. 1940-60-cı illərdə 20-dən çox filmdə yer alan aktrisa “Dünyanın ən gözəl qadını” statusuna yüksəlir. Hamı onu filmlərdə canlandırdığı obrazları ilə tanısa da, boş zamanlarında aktrisa gələcəkdə böyük səs-küyə səbəb olacaq bir ixtiranın üzərində işləyir.

Və beləliklə o, II Dünya Müharibəsi zamanı ABŞ ordusuna bir köməklik etmək qərarına gəlir və uzaqdan idarə olunan partlayıcı qurğuların, düşmənin siqnal qarışdırıcıları səbəbi ilə idarə etmənin itirilməsinə mane olmaq texnikasını kəşf edir və 1942-ci ildə bunun patentini alır. Bu cihazın  yayımlama tezliyi dinamik dəyişirdi, bu da  düşmən tərəfindən danışıqların ələ keçməsinin qarşısını alırdı. Ancaq həmin zamanda ABŞ donanması bu ixtira ilə elə də maraqlanmır. Düz 20 il sonra, 1962-ci ildə aktrisanın müğənni dostu ilə kəşf etdiyi bu cihaz Amerika torpedalarında istifadə olunmağa başlandı. Ancaq patent müddəti bitdiyi üçün cütlüyə hər hansı bir məbləğ ödənmədi.

Ölümündən 3 il qabaq Elektronikanın Qabaqcılları Dərnəyi Hedinin patentini gördü və ona Elektronika Qabaqcılı Ordenini verdi. Hedi Lamarrın tapdığı bu uzaqdan idarəli qutuların günümüzdə istifadə etdiyimiz "Wi-Fi", CDMA və "Bluetooth" kimi uzaqdan qoşulma texnologiyalarının əsası olduğu bildirilir. 

Ancaq rabitə sisteminə böyük töhvələr verən Hedi bu kəşfindən bir qəpik də olsun qazana bilməyib. 

Günel Hacı








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi