“Wi-Fi”nin təbiətə ziyanı sübut edildi

“Wi-Fi”nin təbiətə ziyanı sübut edildi
Oxunma sayı: 1530

Simsiz internetin elektromaqnit şüaları əksər quş və həşəratlara ciddi ziyan vurur.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 97 elmi işi təhlil edən ekoloqlar belə qənaətə gəliblər ki, “Wi-Fi” şəbəkəsi siqnalları təbiətə ziyan vurur.

Simsiz şəbəkələrin elektromaqnit şüaları quş və həşəratların istiqaməti müəyyənləşdirməsini və miqrasiya proseslərini pozur. Bundan başqa, simsiz internetin siqnalları bitkilərin metabolizminə mənfi təsir göstərir.

Hesabat müəllifləri ehtiyat edir ki, simsiz rabitənin, o cümlədən “5G” standartının tətbiqindən sonra inkişafı bioloji növ müxtəlifliyi üçün ağır nəticələrə səbəb olacaq. Rəqəmli texnologiyaların hər yerdə tətbiqi təbii davranışı güclü elektromaqnit şüalanmasına görə pozulan növlərin kütləvi məhvinə gətirib çıxaracaq.

Ekoloqlar bildirir ki, elektromaqnit çirkləndirməsi ilə mübarizə üçün siyasi tədbirlərin görülməsinə çoxdan ehtiyac yaranıb:

“Biz ətraf mühiti qorumaq məqsədilə bütün növ çirkləndirmələr üçün məhdudiyyətlər tətbiq edirik, lakin elektromaqnit şüalanmasının təhlükəsizlik səviyyəsi və normaları indiyədək hətta Avropada da müəyyənləşdirilməyib”, - deyə “Buglife” Təbiəti Mühafizə Fondunun direktoru, hesabat müəllifi Mett Şardlou bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi