“Wikileaks” rəhbəri daha 14 gün qazandı

wikileaks-rehberi-daha-14-gun-qazandi
Oxunma sayı: 637

Belə ki, bu gün London Ali Məhkəməsində keçirilən apellyasiya məhkəməsində Assanсa ekstradisiya qərarına qarşı hüquqi mübarizə aparmaq üçün icazə verilib. Seksual xarakterli cinayətdə ittiham olunduğu İsveçə ekstradisiyasının qarşısını almaq üçün Assanсın daha 14 günü var. Bu müddət ərzində o, apellyasiya ərizəsini Böyük Britaniya Ali Məhkəməsinə təqdim edə bilər.

Culian Assancın vəkili Qaret Pirs bildirib ki, hakimlər Assancın gətirdiyi əsaslarla razılaşıblar. Belə ki, Assanc polisin və prokurorların hüquqi şəxslər kimi nə dərəcədə Avropa qanunları altında ekstradisiya müraciətlərinə baxmaq səlahiyyətinə malik olduğunu sual verib.

40 yaşlı avstraliyalı «Wikileaks» saytında ABŞ-a məxsus məxfi sənədləri yaymaqla məşhurlaşıb və 1 ilə yaxındır ki, ekstradisiya məhkəməsi ilə əlaqədar Londonda ev dustağı həyatı yaşayır. Culian Assanc İsveçdə seksual xarakterli cinayət iddialarını rədd edir və onları siyasi motivlərlə əlaqələndirir.

ANS PRESS