“Windows 9” gələn il istifadəyə veriləcək

windows-9-gelen-il-istifadeye-verilecek
Oxunma sayı: 728


“Qafqazinfo” ictnews-a istinadən bildirir ki, yeni əməliyyat sisteminin tezliklə buraxılması üçün hətta hazırda istifadə edilən "Windows 8.1.” əməliyyat sistemi üçün yenilənmələr üzərində işlər dayandırılıb.

Belə ki, avqustun 12-də təqdim edilməsi planlaşdırılmış “Windows 8.1 Update 2”-də, demək olar ki, yenilik yoxdur, “Windows 8.1 Update 3”-ün buraxılması isə ümumiyyətlə təxirə salına bilər. 

Lakin “Windows 9”-un buraxılışı bir neçə aylıq dayandırıldığı halda, “Windows 8.1 Update 3” buraxılacaq.

Ən maraqlısı odur ki, “Microsoft” şirkəti “Windows 9”-un buraxılması ilə bağlı səs-küylü piar kampaniya keçirmək niyyətindədir. Deyilənlərə görə, “Windows XP”, “Vista” 7 və 8 (və ya yalnız “Windows” 7 və 8) “Windows 9”-da yenilənməni tamamilə pulsuz etməyə icazə verəcəklər. “Microsoft” bu addımı insanları yeni əməliyyat sisteminə keçməyə sövq etmək üçün ata bilər. Korporasiya köhnə əməliyyat sistemlərinin dəstəklənməsinə külli miqdarda resurs xərcləyir və “Windows 9”-a kütləvi keçid onunla yanaşı, bütün kompüter sənayesinə kömək edəcək.

Deyilənə görə, “Windows 9”-un final relizindən öncə iki beta versiyası çıxacaq, onlardan biri bu ilin oktyabr-noyabr aylarında təqdim olunmalıdır.