WTI markalı neftin qiyməti 65 dolları ötdü - 2014-cü ildən bəri ilk dəfə

wti-markali-neftin-qiymeti-65-dollari-otdu
Oxunma sayı: 876

Dünya birjalarında neft bahalaşmaqda davam edir.
 
“Qafqazinfo” xəbər verir ki, ICE London birjasında WTI markalı neft 0,99% artaraq barreli 65,11 dollardan satılır.

Qeyd olunur ki, WTI markalı neftin 1 barrelinin qiyməti 2014-cü il dekabrın 8-dən bəri ilk dəfə 65 dolları ötüb.

“Brent” markalı neft isə 0,19% bahalaşaraq 70,09 dollardan təklif olunur.