““X-Lady”dəki yanğında mənə 2 milyon ziyan dəyib”

““X-Lady”dəki yanğında mənə 2 milyon ziyan dəyib”
Oxunma sayı: 2801

Dünən yanğın olan X-Lady şirkəti malların sığortalanması ilə bağlı narazılığını bildirib. Sahibkar Feyruz Həsənov “Qafqazinfo”ya açıqlamasında bildirilib ki‚ yanğın nəticəsində ona 2 milyon manat ziyan dəyib:

“Biz həmin binanı icarəyə götürmüşük. Malları və bina daxilində daşınmaz əmlakı sığorta etdirmək üçün o zaman “Azsığorta” Açıq Səmhdar Cəmiyyətinə müraciət etmişik. Bir müqavilə üzrə danışmaz əmlak 800 min manat dəyərində sığortalanıb. İkinci müqavilədə isə daşınan əmlakı‚ malları sığortalamağı demişik.

Lakin şirkət nümayəndəsi hər iki müqavilənin yuxarı hissəsində daşınmaz əmlak yazıb. Mən təkcə daşınmaz əmlakı sığortalatdırmaq istəsəydim‚ niyə iki müqavilə imzalayırdım ki? Mallara dəyən ziyan təxminən 1 milyon manatdır. Obyektdə quraşdırdığımız kondisonerlərin biri 150 min manatdır. Onlar da maddi sübut kimi qeydə alınmalıdır. Təkcə kostyumların biri 600-700 manat idi. Yanğın söndürülərkən vurulan su da xeyli ziyan vurub. Biz bu illər ərzində satdığımız mallar üçün də sığorta ödəsək də‚ şirkət rəsmi sənədlərdə bunu yalnız daşınmaz əmlak kimi rəsmiləşdirib. Əmlakın təyinatı kimi ticarət yazıb‚ biz də bunun bizim mallara aid olduğunu düşünmüşük”.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi