Xaçaturov zaminə buraxıldı

xacaturov-zamine-buraxildi
Oxunma sayı: 1791

Yerevan məhkəməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu zaminə buraxıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan jurnalistlərə açıqlamasında bildirib: “Məhkəmə Xaçaturov barəsində alternativ ehtiyat tədbiri seçdi və onu zaminə buraxdı”.

Xaçaturovun zaminə buraxılması üçün 5 milyon dram (11 min ABŞ dolları) tələb edilib. 

Qeyd edək ki, Yuri Xaçaturov da 1 mart 2008-ci il aksiyaları zamanı konstitusion quruluşun devrilməsində təqsirli bilinir. Bir neçə saat əvvəl isə eks-prezident Robert Koçaryan bu ittihamla həbs edilib.