Xaçaturovun istefası tələb edilir

xacaturovun-istefasi-teleb-edilir
Oxunma sayı: 1405

Bir neçə gün əvvəl həbs edilən və daha sonra zaminə buraxılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun tutduğu vəzifədən istefası tələb edilir.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözcüsü Tiqran Balayan məlumat verib.

Onun sözlərinə görə, təşkilata üzv dövlətlər Xaçaturovun istefası barədə məlumatlandırılıb. Balayhan mümkün istefadan sonra yeni baş katibin qısa zamanda seçiləcəyini söyləyib.

Qeyd edək ki, Xaçaturov 1 mart 2008-ci il aksiyaları zamanı konstitusion quruluşun devrilməsində təqsirli bilinir.