Xaçmaz-Quba yolunda ağır qəza - 3 ölü, 2 yaralı

xacmaz-quba-yolunda-agir-qeza
Oxunma sayı: 6576

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.

“Qafqazinfo” APA-ya istinadən  xəbər verir ki, xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri 1995-ci il təvəllüdlü Cavid Zülfüqarov və 1966-cı il təvəllüdlü İftixar Hacıyevdir. “VAZ 2106”nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Digər ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.