Xaçmaz şəhərində “Gəlin tullantıları çeşidləyək” layihəsi başlayıb

xacmaz-seherinde-gelin-tullantilari-cesidleyek-layihesi-baslayib
Oxunma sayı: 630

Qeyd edək ki, CASE təşkilatı 2012-ci ildə xaricdə təhsil almış bir qrup tələbə tərəfindən yaradılıb və onun əsas məqsədi ölkəmizdə müxtəlif ekoloji və sosial yönümlü layihələr keçirməkdir. Təşkilatın könüllüləri hal-hazırda Bakı, Mingəçevir və Xaçmaz şəhərlərində fəaliyyət göstərirlər. Yuxarıda haqqında danışılan layihənin ölkənin digər region və şəhərlərində də keçirilməsi təşkilatçılar tərəfindən istisna edilmir.

Layihənin əsas məqsədi Xaçmaz şəhərində yerləşən məktəb şagirdlərinin müxtəlif tullantıların çeşidlənməsi haqqında maarifləndirilməsidir.

Həyata keçirilən layihədə 500 nəfərə qədər məktəblinin iştirakı nəzərdə tutulub. Layihə çərçivəsində bütün məktəblər tullantıları çeşidləmək üçün xüsusi tullantı qabları ilə təmin olunacaqlar. Toplanmış və çeşidlənmiş tullantılar “Azərsun Holdinq” MMC-yə məxsus Kağızın Təkrar Emalı Kombinatına nəql ediləcək.

Layihənin 2013-cü tədris ilinin sonuna qədər davam edəcək. Layihənin gedişatı sosial şəbəkələrdə (Facebook, Twitter) yayımlanacaq.