Xaçmazda 11 yaşlı uşaq itkin düşüb

xacmazda-11-yasli-usaq-itkin-dusub
Oxunma sayı: 1901

Xaçmaz şəhərində məktəb şagirdi itkin düşüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib.

Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.
 
Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın tapılması istiqamətində əməlıyyat-axtarış tədbirləri aparılır.